Ukraynaya məxsus S-300 raketi Belarus ərazisinə düşüb

15:48 - 29 Dekabr 2022 - DÜNYA

Ukraynaya məxsus S-300 kompleksinin raketi Belarus ərazisinə düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, iki versiya nəzərdən keçirilir: “Polşada baş vermiş son insidentə bənzər raket Belarus ərazisinə düşüb” və raket respublikanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində vurulub.

Belarus Müdafiə Nazirliyindən TASS-a bildirilib ki, onlar hələlik insidentlə bağlı şərh verməyiblər. Hadisə yerində İstintaq Komitəsinin, Daxili İşlər Nazirliyinin və müdafiə idarəsinin mütəxəssisləri işləyir. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.


Xəbər xətti