Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin ikitərəfli məsələləri müzakirə edəcək və ən kəskin regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar
Ucnoqta.az TASS-a istinadənxəbər verir ki, Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Dmitri Peskov bildirib ki, dekabrın 30-da səhər saatlarında Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin videokonfrans vasitəsilə danışacaqlar.
"İlk salamlama nitqləri mübadiləsi açıq olacaq, sonra söhbət qapalı davam edəcək, xüsusi kommunikasiyalar bunu etməyə imkan verir”, - Kremlin sözçüsü bildirib.
O izah edib ki, danışıqlarda “ilk növbədə ikitərəfli Rusiya-Çin münasibətləri haqqında danışılacaq”.
Bununla bağlı Peskov xatırladıb ki, iki ölkə arasında ticarət dövriyyəsi “sürətlə artır”.
"Əlbəttə, regional problemləri də müzakirə edəcəklər”, - deyə mətbuat katibi əlavə edib.
Emin