Yardımlı rayonunda qazıntı aparan zaman torpaq altında qalaraq dünyasını dəyişən şəxsin kimliyi məlum olub
Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, o, 44 günlük Qarabağ müharibəsi iştirakçısı olan 05 yanvar 1991-ci il təvəllüdlü Qüdrətov Vüsal Himayət oğludur.
O, Şuşa, Füzuli rayonlarının azad edilməsinə görə və Vətən müharibəsi medalları ilə təltif olunub.
15:03
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yardımlı rayonunun Gavran kəndində 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqun altında qalıb. Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.