Ukraynaya buraxılan 69 raketdən 54-ü zərərsizləşdirilib

14:23 - 29 Dekabr 2022 - DÜNYA

Ukrayna Müdafiə Qüvvələri düşmənin 69 qanadlı raketindən 54-nü məhv edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zaluznı deyib.

Ali baş komandanın sözlərinə görə, bu gün səhər terrorçu ölkə S-300 hava hücumundan müdafiə sistemi ilə havadan və dənizdən qanadlı raketlər, eləcə də zenit idarəolunan raketlər atıb. "Hədəf enerji infrastrukturu obyektləri olub" - o, deyib.

Xəbər xətti