Rusiyanın daha 790 hərbçisi Ukraynada məhv edilib

13:50 - 29 Dekabr 2022 - DÜNYA

Rusiya silahlı qüvvələrinin daha 790 hərbçisi Ukraynada həlak olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. ​Bununla da Ukraynada müharibə başlayandan Rusiya tərəfinin canlı qüvvə itkiləri 104560-a çatıb.

Həmçinin, ötən gün 1 tank, 10 zirehli texnika,  5 artilleriya sistemi, 1 helikopter, 10 PUA, 15 nəqliyyat vasitəsi məhv edilib. Müharibə başlayandan bu günədək Rusiya müharibədə 3018 tank, 6047 zirehli texnika, 1717 PUA, 283 təyyarə, 2004 artilleriya sistemi, 268 helikopter, 4675 nəqliyyat vasitəsi itirib.


Emin

Xəbər xətti