Ağstafada yeniyetmə qız dəm qazından zəhərlənib

08:27 - 29 Dekabr 2022 - HADİSƏ

Ağstafada zəhərlənmə faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Nuray Sərkərnamazlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, N.Sərkərnamazlı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Xəbər xətti