Yüzlərlə amerikalı hərbçi Ukraynadadır - Lavrov

22:37 - 28 Dekabr 2022 - DÜNYA

Yüzlərlə ABŞ əsgəri hazırda Ukraynadadır və ABŞ hərbi attaşesinin ofisi Kiyevə birbaşa məsləhət xidmətləri göstərir.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ukraynada onlarla, bəlkə də yüzlərlə amerikalı əsgər var, onlar hətta çevrilişdən əvvəl də orada olublar”, - deyə nazir bildirib:
“MKİ zabitləri Ukrayna Təhlükəsizlik Xidmətinin ən azı bir mərtəbəsini tutublar”.

Lavrovun sözlərinə görə, hazırda Kiyevdə ABŞ hərbi attaşesinin də mühüm ofisi var. "Hərbi mütəxəssislər açıq-aydın Ukraynanın Müdafiə Nazirliyinə səfər etməklə məşğuldurlar, lakin təbii ki, onlar bu və ya digər şəkildə birbaşa məsləhətçi, bəlkə də məsləhət xidmətlərindən daha çox xidmət göstərirlər", - Rusiya XİN rəhbəri qeyd edib.

Xəbər xətti