Finlandiya Ukraynanı "Leopard 2" tankları ilə təchiz edən ilk ölkə ola bilər
Ucnoqta.az xəbər verir ki, bunu Finlandiya parlamentinin üzvləri Anders Adlerkreuz və Atte Harjanne deyib.
Onların fikrincə, az sayda tankın belə təhvil verilməsi Qərb tanklarının digər Avropa ölkələrinə tədarükü zərurəti ilə bağlı diskursun əsasını qoyacaq.
"Biz Rusiyanın bu aqressiv cinayətkar müharibə nəticəsində ən azı müəyyən uğur illüziyası ilə yaşamasına imkan verməməliyik. Ukraynaya maddi-texniki yardım davam etməli və gücləndirilməlidir", - deputatlar müraciətdə qeyd ediblər.
Emin