Tayvanın yenidən birləşməsi qarşısıalınmaz tarixi tendensiyadır - Çin XİN

12:48 - 28 Dekabr 2022 - DÜNYA

Çin Xarici İşlər Nazirliyi Çinin yenidən birləşməsini qarşısıalınmaz tarixi tendensiya adlandırıb

Çinin materik hissəsinin Tayvan adası ilə yenidən birləşməsi qarşısıalınmaz tarixi tendensiyadır və bu prosesə əngəl yaratmaq cəhdləri heç bir fayda vermir. Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

"Vətənin yenidən birləşməsi bütün Çin xalqının ümumi arzusu və qarşısıalınmaz tarixi tendensiyadır. Çinin birləşməsi böyük əhəmiyyət kəsb edir və Tayvanın separatçı qüvvələrinin səyləri faydasızdır", - Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Ən böyük Çin adası olan Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur. ÇXR-in əksər ölkələrin, o cümlədən Rusiya tərəfindən dəstəklənən rəsmi mövqeyinə görə, ada Çin əyalətlərindən biri hesab olunur. Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsərək ÇXR ilə əlaqələr qurdu. Vaşinqton “vahid Çin” siyasətini tanımaqla yanaşı, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir və adaya silah verir.

Emin

Xəbər xətti