Qeyri-hökumət təşkilatları nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası davam edir
Ucnoqta.az xəbər verir ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi yoldan sülhməramlılara məxsus təminat avtomobilinin hərəkət etməsinə şərait yaradılıb.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.