Avropa Parlamenti eks-prezidenti Saakaşvili həbsdə ölərsə, Gürcüstanın Aİ-yə üzvlük ərizəsini təsdiq etməyəcək
Ucnoqta.az xəbər verir ki, bunu qanunverici orqanın aparıcı fraksiyasını - Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yaçek Sariuş-Volski deyib.
"Saakaşvilinin işi ilə Gürcüstanın Avropa İttifaqına daxil olması arasındakı paralellər prinsipial əhəmiyyət kəsb edir. Bunlar bir-birindən ayrılmazdır. Eks-prezident həbsxanada ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Avropa İttifaqına daxil olmasını dəstəkləməyəcək".
Emin