Xəzər rayonu Binə qəsəbəsində yaşayan Misir Həsənov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, dekabrın 24-də onunla birlikdə yaşayan qızı, 1998-ci il təvəllüdlü Zeynurə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə Ucnoqta.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, onun boyu 1.55 santimetr, gözlərinin və saçlarının rəngi qaradır. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar və boz rəngli köynək olub.
Zeynurə Misir qızı haqqında məlumatı olanlardan aşağıdakı nömrələrə zəng edərək məlumat vermələri xahiş olunur:
055-215-21-20
051-841-41-41
055-252-00-71
012-590-72-03