Mikroavtobus minik avtomobili ilə toqquşub - Foto

08:26 - 27 Dekabr 2022 - HADİSƏ

Abşeron rayonunda Məhəmmədi-Zabrat yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Mercedes” markalı minik avtomobili ilə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti