Laçın yolunda son vəziyyət

23:48 - 26 Dekabr 2022 - ÖLKƏ İÇİ

QHT təmsilçiləri və ekofəalların Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda dekabrın 12-dən başlayan etiraz aksiyası davam edir.

Ucnoqta.az xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus daha iki minik avtomobilinin Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkəti təmin olunub.

Aksiya iştirakçıları hərəkətə maneə törətməyib. 

Etirazçılar Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Xəbər xətti