Gəncədə 46 yaşlı kişi narkotikdən ölüb

22:12 - 26 Dekabr 2022 - HADİSƏ

Gəncə sakini narkotik vasitənin təsirindən ölüb.

Hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən evdə qeydə alınıb.

Sözügedən ünvanda yaşayan 1976-ci il təvəllüdlü Hacızadə Rəfael Aydın oğlu komatoz vəziyyətə düşüb.

46 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.///apa

Xəbər xətti