Zaqatala rayonunda müəllimlərlə görüş keçirilib
Zaqatala rayonu üzrə Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dili fənlərini tədris edən müəllimlər iştirak edib.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, rayon üzrə Təhsil sektorunun müdiri Kəmalə Əhmədova və müəllimlər iştirak edib.
Görüşdə 2021-2022-ci tədris ili üzrə buraxılış imtahanlarının nəticələri və cari tədris ilində qarşıda duran vəzifələr müzakirə olunub.
Daha sonra müəllimlərin məktəblərdə fəaliyyət göstərdikləri zaman qarşılaşdığı problemlər, onların həll yolları barədə qarşılıqlı müzakirələr aparılıb.