Çin yanvarın 8-dən ölkəyə gələnlər üçün COVID-19 karantini ləğv edəcək

21:33 - 26 Dekabr 2022 - DÜNYA

Çin ölkəyə daxil olanlar üçün karantin məhdudiyyətlərini yüngülləşdirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Çin Mərkəzi Televiziyası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Çinə gələn şəxslər yola düşməzdən 48 saat əvvəl PCR testindən keçməlidirlər. Nəticə mənfi olarsa, onlar gömrük sağlamlıq bəyannaməsini doldurarkən səfirlik və ya konsulluqda sağlamlıq kodu tələb etmədən ÇXR-ə daxil ola biləcəklər", - deyə məlumatda bildirilir.

Çin hakimiyyəti 2020-ci ildə xaricdən gələn şəxslərin ölkəyə girişinə məhdudiyyətlər qoyub. Quru sərhəd-keçid məntəqələrində sərnişin dəhlizləri bağlanıb, xaricdən gələn sərnişinlər məcburi karantindən keçiblər. Əvvəlcə təcrid müddəti üç həftə idi, sonra tədricən azaldıldı və indi beş gündür.

Bazar ertəsi axşam saatlarında Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi Çin Xalq Respublikasının Dövlət Şurasının qərarı ilə COVID-19-un “A” sinfi adlanan xəstəliklər siyahısından çıxarılacağını açıqlayıb. 

Xəbər xətti