Gəncədə minik maşını sərnişin avtobusu ilə toqquşub, xəsarət alanlar var - FOTO

17:38 - 26 Dekabr 2022 - HADİSƏ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı maşınla 2 saylı xətt üzrə işləyən "İsuzu" markalı sərnişin avtobusu toqqquşub.

Qəza zamanı 2 nəfər - "VAZ 21011"in sürücüsü, 1977-ci il təvəllüdlü Ramil Əhmədov və avtobusun sərnişini, 1970-ci il təvəllüdlü Gülnaz Şadmanova xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti