Ukrayna silahlı qüvvələri Melitopol istiqamətində uğur qazana bilər. İndi bu istiqamət düşmənin yeni məğlubiyyət ala biləcəyi ən perspektivli zonadır.
Ucnoqta.az xəbər verir ki, bunu hərbi ekspert, polkovnik Sergey Qrabski deyib. Onun sözlərinə görə, bu bütövlükdə cəbhəyə müsbət təsir edəcək.
"Mənim üçün obyektiv olaraq cənub istiqaməti üstünlük təşkil edir, xüsusən də Melitopol. Biz Melitopola girsək iki problemi həll edirik. Birincisi, Krıma gedən quru dəhlizini kəsirik. İkincisi, Krımı adaya çevrər və onun bütün strateji obyektlərinin Melitopola çıxışını bağlaya bilərik”, - ekspert deyib.
Pünhan