Gədəbəyin kəndində GPON texnologiyasının tətbiqinə başlanılıb

17:16 - 23 Dekabr 2022 - ÖLKƏ İÇİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom” MMC Gədəbəy rayonunun Slavyanka kəndində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.

Bu barədə Nazirlikdən məlumat verilib. Məlumata görə, kənddə 1004 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib. Hazırda 124 abunəçi bu xidmətlərdən yararlanır və yeni qoşulmalar davam edir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə 35), həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində nazirliyin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Xəbər xətti