İran Rusiyaya silah tədarükünü artırmaq niyyətindədir - İsrail kəşfiyyatı

15:53 - 23 Dekabr 2022 - DÜNYA

İran Rusiyaya silah tədarükünü artırmaq niyyətindədir

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail kəşfiyyatının rəhbəri Devid Barnea deyib. Devid Barneanın sözlərinə görə, Tehran bu əməliyyatı məxfilik adı altında keçirmək, həmçinin sanksiyalara rəğmən nüvə potensialını artırmaq istəyir. Onun sözlərinə görə, İsrail İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.

  "Biz İran hakimiyyətinin gizli saxlamağa çalışdıqları gələcək niyyətləri - Rusiyaya qabaqcıl silahların tədarükünü dərinləşdirmək və artırmaq, uranın zənginləşdirilməsi layihəsini genişləndirmək və regionda İsraillə dost müsəlman ölkələrinə hücumları gücləndirmək barədə xəbərdarlıq edirik"- Barnea deyib.

Emin

Xəbər xətti