"Wagner" döyüşçüləri Şimali Koreyadan silah alıb

22:06 - 22 Dekabr 2022 - DÜNYA

"Wagner" döyüşçüləri Şimali Koreyadan silah partiyası alıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. "Biz təsdiq edə bilərik ki, Şimali Koreya Vaqnerə silahların ilkin tədarükünü başa çatdırıb və o, avadanlıqların pulunu ödəyib. Keçən ay Şimali Koreya istifadə üçün Rusiyaya piyada silahları və raketlər çatdırıb", - ABŞ-ın yüksək rütbəli rəsmisi deyib.

Eyni zamanda, ABŞ-ın fikrincə, KXDR-in Rusiyaya verdiyi silahlar Ukraynadakı hərbi əməliyyatların dinamikasını dəyişməyəcək.

Ruhəngiz

Xəbər xətti