Sülhməramlılara məxsus təminat avtomobilləri Laçın yolundan maneəsiz keçdi - VİDEO

12:15 - 22 Dekabr 2022 - ÖLKƏ İÇİ

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 11 gündür davam edir.

Uçnoqta.az xəbər verir ki, növbəti dəfə Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin ərazidən hərəkəti üçün şərait yaradılıb.

Belə ki, sülhməramlılara məxsus 5 təminat avtomobili maneəsiz şəkildə Xankəndi-Laçın yolunda hərəkət edib.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Emin

Xəbər xətti