ABŞ-da səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski Konqresdə çıxış edib
Ucnoqta.az xəbər verir ki, Zelenski Ukraynaya verdiyi dəstəyə görə, ABŞ prezidenti Co Baydenə təşəkkür edib.
"Bu gün apardığım bütün danışıqlarda əsas məsələ Ukraynanın güclənməsi, bu gələn il və müstəqillik uğrunda müharibədə qələbəyə doğru hərəkətimizdir.
Mən cənab Prezident Baydenə Ukraynaya verdiyi səmimi dəstəyə və anlayışa, xüsusən də şəxsi səylərinə, dünya ictimaiyyətini birləşdirən son dərəcə məqsədyönlü müdrik addımlarına görə təşəkkür edirəm.
Bu müharibənin 300 günü ərzində biz Ukrayna ilə ABŞ arasında münasibətlərdə yeni mərhələyə başlamışıq. Biz yüz faiz real məzmunla dolu olan ittifaq səviyyəsinə çatmışıq" - deyə dövlət başçısı qeyd edib.
Emin