Argentinada Messinin şəkli olan əskinaslar dövriyyəyə buraxılacaq

21:51 - 21 Dekabr 2022 - DÜNYA

Argentina millisinin hücumçusu Lionel Messinin şəkli 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında milli komandanın qələbəsindən sonra Argentina əskinaslarında yerləşdirilə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə El Financiero məlumat yayıb.
Mənbənin məlumatına görə, Argentina Milli Bankının rəsmiləri Argentina yığmasının Qətərdə keçirilən dünya çempionatında qazandığı tarixi nailiyyəti xatırlamaq yollarını nəzərdən keçirir.

Ehtimal olunur ki, Messinin şəkli 1000 peso əskinasda çap olunacaq. Bu, əskinasın nominalının Argentina millisinin kapitanının oyun nömrəsi olan “10” ilə başlaması ilə bağlıdır. Arxa tərəfdə milli komandanın baş məşqçisi Lionel Skaloninin ləqəbi olan “La Scaloneta” yazısı yerləşdirilə bilər.

Argentina millisi 2022-ci il Dünya Kubokunu qazanmaqla 1986-cı ildən sonra ilk dünya çempionluğunu qazandı. Lionel Messi Qətərdə keçirilən turnirdə 7 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Emin


Xəbər xətti