Müğənni Xatirə İslam bir vaxtlar çox çəki almasının səbəbini açıqlayıb.
Ucnoqta.az Axsam.az-a istinadən xəbər verir ki, sənətçi səhhətində olan problemə görə müalicə aldığını və çəkisinin artdığını deyib. "Günün sədası" verilişində qonaq olan Xatirə mülaicəni dayandırdıqdan sonra çəki atdığını bildirib:
"Səhhətimlə əlaqədar müalicələr alırdım. O müalicələrlə arıqlamaq da olmazdı. Bu səbəbdən müalicələri kənara qoydum. Bundan sonra arıqlamağa başladım".
15 kiloqram çəki atan ifaçı pəhrizini açıqlayıb:
"Dörd aydır ki, çörəyə, şirniyyata əlimi uzatmıram. Yağlı yeməklər yemirəm. 15 kiloqram çəki atdım. Əməliyyatsız, sırf pəhriz saxlamaqla bu nəticəni əldə etdim. Xüsusi pəhrizim də yoxdur.
Daha əvvəl 9 saat əməliyyatda qalmışam. Qardaşımın toyu olan zamanı 57 kiloqram idim. İndiki çəkimdən 7 kiloqram az idim. Amma həmin əməliyyatdan sonra yenə də yeməyə başladım və kökəldim".
Xatirə bildirib ki, bir müddət əvvəl etdirdiyi əməliyyat plastik yox, sağlamlıqla bağlı olub:
"Süd vəzimdəki problemlə əlaqədar əməliyyat olunmuşdum".