Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan və iki qızı məhkəməyə çağırılıb.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Belə ki, Sarkisyan və qızları qanunsuz əmlak əldə edilməsi iddiası ilə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə çağırılıblar.
Məhkəmə prosesinin yanvarın 19-da keçirilməsi planlaşdırılır.
Emin