Laçın yolunda keçirilən etiraz aksiyası on gündür davam edir

10:35 - 21 Dekabr 2022 - ÖLKƏ İÇİ

Havanın şaxtalı və qarlı olmasına baxmayaraq, etirazçılar gecəboyu Laçın-Xankəndi yolunda aksiyanı davam etdiriblər.

Ucnoqta.az xəbər verir ki, QHT təmsilçiləri və ekofəalların Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 10 gündür davam edir.

Ötən gün Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri, həmçinin Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin müaşayiəti ilə ermənilərə məxsus təcili yardım maşını maneəsiz şəkildə Laçın istiqamətində yola düşüb.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.


Emin

Xəbər xətti