Rusiya ordusu Ukrayna ərazisində İran istehsalı olan Şahed-131 pilotsuz təyyarələrindən istifadə etməyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat məlumat verib.
"Biz Şahed-136 PUA-nın istifadəsini görürük, indi onlar da Şahed-131-dən istifadə edirlər - bu daha kiçik versiyadır. Onlara (Şahed-136) "Geran-2" damğası vururlar, bu da "Geran-1"dir. Daha kiçik dron. Amma hamımız yaxşı bilirik ki, bunlar İran istehsalı olan dronlardır”.
Ruhəngiz