Zelenski Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə müraciət edib

13:21 - 20 Dekabr 2022 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski, hazırda həbsdə ola Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə müraciət ünvanlayıb.

Ucnoqta.az xəbər verir ki, Ukrayna lideri müraciətində Saakaşvilinin səhhəti ilə bağlı təcili addımlar atmağa çağırıb. O deyib ki, Saakaşvili ya Ukraynaya və ya Avropa ölkələrindən birinə köçürülsün:
“Mən indi Gürcüstandakı bütün dostlarımıza və vicdanlı insanlara müraciət etmək istərdim. Yəqin ki, indi hamı Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətini görür. Ona görə də mən gürcü xalqına, Gürcüstan hökumətinə müraciət edirəm - xüsusilə də Milad bayramına qədər mərhəmət göstərmək lazımdır. İndi Mixeilin başına gələnlər qəddarlıqdır. Bu, Gürcüstana yaraşan addım deyil, bu davranış dayanmalıdır. Xahiş edirəm, onun həyatını xilas edəcək bir qərar verin - Mixeil Saakaşvilini Ukraynadakı klinikalardan birinə, başqa hər hansı bir Avropa ölkəsinə, Amerikaya köçürün. Yaxşı bir addımı atmağın vaxtıdır”, - deyə Zelenski vurğulayıb.

Pünhan

Xəbər xətti