Ermənilərə məxsus təcili yardım avtomobili Laçın yolundan maneəsiz keçib
Ucnoqta.az xəbər verir ki, Xankəndi-Laçın yolunda etiraz edən aksiya iştirakçıları ermənilərə məxsus təcili yardım avtomobilinin maneəsiz hərəkətinə şərait yaradıblar.
Belə ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin müaşayiəti ilə təcili yardım maşını maneəsiz şəkildə Laçın istiqamətində yola düşüb.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Emin