Laçın yolundakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq

11:38 - 20 Dekabr 2022 - DÜNYA

Laçın yolunda vəziyyət BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının bugünkü iclasında “Laçın yolunda vəziyyət” müzakirə olunacaq.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekoloqlar Xankəndi-Şuşa yolunda dinc aksiya keçirərək, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz mədən işlərinə və ekoloji terrora etiraz edirlər.

Pünhan

Xəbər xətti