Rusiyanın Ukraynada itkiləri 99 mini ötdü

11:16 - 20 Dekabr 2022 - DÜNYA

Ukraynada daha 430 rusiyalı hərbçi məhv edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 99230-ya çatıb.

Həmçinin, ötən gün 7 tank, 5 zirehli texnika, 23 PUA, 2 təyyarə, 7 artilleriya sistemi, 7 nəqliyyat vasitəsi məhv edilib.

Emin

Xəbər xətti