Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir - Britaniyanın baş naziri

19:52 - 19 Dekabr 2022 - DÜNYA

Rusiyanın hər hansı birtərəfli atəşkəs çağırışı "mövcud şəraitdə tamamilə mənasız olardı"

Ucnoqta.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib.
Onun sözlərinə görə, Rusiyadan belə bir çağırış yalan olardı.

“Rusiya bundan yenidən qruplaşmaq, qoşunlarını gücləndirmək üçün istifadə edir və onlar işğal olunmuş əraziləri tərk edənə qədər heç bir real danışıqlar ola bilməz və olmamalıdır”, - Sunak bildirib.

"Bizim kollektiv əzmimiz aydındır, biz Ukraynanı dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Və bu, ilk növbədə ona görədir ki, onların təhlükəsizliyi bizim təhlükəsizliyimizdir", - Britaniyanın baş naziri vurğulayıb.

Emin

Xəbər xətti