Dekabrın 19-da Sistan və Bəluçistan əyalətinin Saravan şəhərində SEPAH və “Bəsic” qüvvələrinin 4 zabiti öldürülüb
Ucnoqta.az xəbər verir ki, bu barədə İran İnqilabının Keşikçiləri Korpusu məlumat verib.
“Cənub-Şərqdəki Qüds Qərargahı”ndan bu barədə yayılan açıqlamada “SEPAH-ın 44-cü Qəmər-e Bəni Haşim briqadasının qüvvələrinə” aid həmin 4 nəfərin Saravan sərhəddində "terrorçu qruplarla qarşıdurma" zamanı öldürüldüyünü bildirib.
Qeyd edək ki, İran rəsmiləri “terrorçu qruplar” ifadəsini hökumətə müxalif silahlı qruplara aid edir.
SEPAH-ın verdiyi son açıqlamada sözügedən qruplaşmanın adı və bugünkü münaqişədə itkilərinin sayı qeyd olunmayıb və yalnız silahlı qruplaşmanın üzvlərinin “Pakistana qaçdığı” bildirilib.