Ərdoğan Qətərə getdi

18:01 - 18 Dekabr 2022 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin dəvəti ilə 2022-ci ildə keçirilən futbol üzrə dünya çempionatının bağlanış mərasimində iştirak etmək üçün Qətərin paytaxtı Dohaya yola düşüb.

Ucnoqta.az xəbər verir ki, göyərtəsində Türkiyə dövlət başçısının olduğu "TC-CAN" özəl təyyarəsi yerli vaxtla saat 13.30-da Atatürk Hava Limanından havaya qalxıb.

Türkiyə prezidentini vitse-prezident Fuat Oktay, İstanbul qubernatoru Əli Yerlikaya, Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan millət vəkili Osman Nuri Kabaktepe və digər səlahiyyətli şəxslər yola salıblar.

Xəbər xətti