Bakıda 20 yanvar faciəsini törədən ordunun Baş Qərargah rəisi ölüb

16:25 - 18 Dekabr 2022 - DÜNYA

SSRİ Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Mixail Moiseyev 84 yaşında vəfat edib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hərbi Rəislər Klubunun saytında məlumat verilib.

Qeyd edək ki, Moiseyev 1990-cı ilin 20 yanvarında Bakıda Sovet qoşunlarının törətdiyi qırğınlar zamanı SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində olub. O, bu vəzifəyə 1988-ci il dekabrın 14-də təyin olunub və 1991-ci ilin 22 avqustuna qədər çalışıb. Həmin ilin avqustun 23-də SSRİ-nin Müdafiə Naziri təyin olunub.

 

Xəbər xətti