Britaniya Ukraynaya yeni yüksək dəqiqlikli raketlər verib

11:44 - 18 Dekabr 2022 - DÜNYA

Böyük Britaniya Ukraynaya yeni yüksək dəqiqlikli "Brimstone 2" raketlərinin çatdırılmasını təsdiqləyib

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təhlükəsizlik baxımından raketlərin sayı və onların Ukraynaya çatdırılmasının təfərrüatları açıqlanmayıb.

"Böyük Britaniya yardım paketinin bir hissəsi olaraq Ukrayna Silahlı Qüvvələrini "Brimstone 2" dəqiq idarə olunan raketləri ilə təmin edib. Bu yardım Rusiyanın irəliləyişinin qarşısını almaqda mühüm rol oynayıb", - nazirliyin bəyanatında deyilir.

Emin

Xəbər xətti