Sumqayıtda 33 yaşlı kişi qətlə yetirilib

15:01 - 17 Dekabr 2022 - HADİSƏ

Bu gün saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun bıçaq xəsarətləri ilə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər xətti