Bakı-Quba yolunda yük maşını aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

12:24 - 17 Dekabr 2022 - HADİSƏ

Bakı-Quba yolunda yük maşını aşıb.

APA-nın məlumatına görə, 1963-cü il təvəllüdlü Rəfail Məmmədovun idarə etdiyi 99 XT 405 markalı yük maşını aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin xəsarət alıb. Qəza səbəbindən Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Maşınlar Şabran rayonunun içərisindən keçərək yollarına davam edirlər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti