Əməkdar artistlər arasında qalmaqal: "Ona qarğış edirəm,... " - VİDEO

12:15 - 17 Dekabr 2022 - MAQAZİN

"10 il əvvəl Ruhəngiz dedi ki, gəl qalmaqal yaradaq. Cavab verdim ki, mən təhsilli müğənniyəm, belə şeylərə gedən adam deyiləm. Sənətə qalmaqalla gəlməmişəm. Üstündən keçdi. Ruhəngizlə söhbət etdik, onu da gedib aparıcıya deyib. Aparıcı da mənim üstümə hücum çəkdi. Aramızda olan söhbəti niyə ona-buna danışırsan?".

Ucnoqta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Kəmalə Rəhimli qalmaqal yaşadığı həmkarı, Əməkdar artist Ruhəngiz Musəvinin ünvanına deyib. Xanəndə müğənninin onunla bağlı dediklərinə cavab verib:

"Ruhəngizə dedim ki, niyə gedib sözü orada-burada danışırsan? Qayıtdı ki, mən deməmişəm. Mən də dedim ki, canım mənim üçün qiymətlidir. Əgər bu söhbəti gedib danışmısansa, Allah bilsin. Dilini sakit qoysun, telekanallarda ağlamasın. Qarğış etmişəm, edirəm, edəcəyəm də. Onu qarğışlayıram, satqındır".

 
 Qeyd edək ki, R.Musəvi K.Rəhimlinin ona qarğış etdiyini deyərək, ağlayıb: "Həyatımda illərdir danışmadığım insan var. Sabah mənə bir şey olsa, istəmərəm gəlsin. Ürəyimi elə qırıb ki... Heç kimin ürəyini qırmamışam. Gücüm nəyə çatıb, yaxşılıq etmişəm. Amma o şəxs qədrimi bilmədi. Üzümə mənə qarğış edib. Allah İlhaməyə (Xalq artisti İlhamə Quliyeva - red.) rəhmət etsin, ondan betərdir. Bir kanal məni dəvət etdi. Mənim nə günahım var? Kanal istədiyini dəvət edir. Onu çağırmayıblar, o da beyninə nə gəldisə, dedi ki, səni görüm səhərə sağ çıxmayasan. Bütün xəstəliklərim sənə gəlsin (ağlayır). İstəmirəm məni bu cür görəsiniz, amma insanam. Əlimdən pislik gəlmir, yaxşılıq eləmişəm. Yazılar yazdırdı ki, "Rühəngiz mənim efirə çıxmağımı istəmir". Niyə?".

Xəbər xətti