"Rayonun, kəndin əti olmur" - Assosiasiya rəhbəri

12:08 - 17 Dekabr 2022 - ÖLKƏ İÇİ

"Bunu bu gün çəkdim. Belə dükanlar çoxdur. Ağdam əti, Masallı əti və s. Dostlar rayonun, kəndin və s əti olmur".

Ucnoqta.az xəbər verir ki, bunu Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov deyib. Tahir Əmiraslanov bildirir ki, mal əti, dana əti, qoyun əti, quş ətı və s olur:

"Torpaqda yetişdiyi üçün Qazqulu ( Tovuz) xiyari, Gəncə göyərtisi, Zira pomidoru, Ağdaş heyvası, Göyçay narı, Gədəbəy kartofu, Hövsan soğanı və s olur. Amma bunların əti olmur. Dükanın adı “ Beyləqan. Ət dükanı” yazıla bilər. Və ya. “ Beyləqan heyvanlarının əti” və s.

Bundan başqa kənd toyuğu, kənd yumurtası , həyət yumurtası olmur. Təbıı yumurta, təbıı yetişdirilmiş toyuq,toyuq yumurtası, bildirçin yumurtası və s. yazılmalıdır. Kənd , həyət yumurtlamır axı. Mən bilmirəm kim dilimizi bu günə qoyur. Kim buna cavabdehdir? Amma milli dilində yazıb oxumaq üçün bilirsiniz nə qədər millətlər mübarizə aparır? Elə cənublu qardaşlarımızı götürək. Dilimizin tətbiqi üçün qanlarını, canlarını verirlər. Bizə isə Allah dilimizi dövlət dili etmək imkanı verdi.

Dövlət dilinin tətbiqi barədə Prezidentimiz neçə sərəncam verib. Gəlin yerinə yetirək."

Assosiasiya rəhbəri qeyd edir ki, sovetlər dövründə Azərbaycan dili daha doğru, daha düzgün , daha geniş tətbiq olunurdu.

Xəbər xətti