Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili dəmir maneəyə çırpılıb.
Bu barədə Ucnoqta.az-a FHN-dən məlumat verilib. Xəbərə görə, nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.