“Azərişığ”ın əməkdaşlarını cərəyan vurdu, ölən var

20:24 - 16 Dekabr 2022 - HADİSƏ

“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub.

Ucnoqta.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə elektrik yarımstansiyasında baş verib.

Belə ki, Ağdaş Elektrik Şəbəkəsinin əməkdaşları 1983-cü il təvəllüdlü Nəbiyev Ceyhun Vahid oğlu və 1986-cı il təvəllüdlü Mustafayev Elşən Etibar oğlunu elektrik cərəyanı  vurub.

Hadisə zamanı Nəbiyev Ceyhun Vahid oğlu hadisə yerində dünyasını dəyişib, Mustafayev Elşən Etibar oğlunun isə vəziyyəti ağırdır.

 

Xəbər xətti