Separatçıların mitinqi ləğv edildi - Vardanyanın yalanı ifşa olundu

20:07 - 16 Dekabr 2022 - Xəbər

Qarabağdakı separatçı ermənilərin "dövlət naziri" Ruben Vardanyan bildirmişdi ki, dekabrın 17-də 15:00-da Xankəndidə "blokadadan çıxmaq" şüarı ilə ümummilli yürüş keçirəcək.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, o. bu fikrindən daşınıb, yürüşü "ləğv edib".
Separatçıların rəhbəri Arutyunyan isə 100 min ermənini mitinqə toplaşacağını qeyd edirdi. Lakin məlumdur ki, həmin ərazidə məskunlaşan ermənilərin sayı heç 20 min deyil.
Bir müddət əvvəl separatçı ermənilər oktyabrın 30-da 50 minlik mitinq keçirdiklərini iddia edirdilər. Bildirək ki, həmin mitinqdə də Ermənistandan gətirilən 10 minlərlə erməni iştirak etmişdi.

Belə görünür Vardanyan yalanının ifşa olunacağından qorxaraq bu addımı atıb, yürüşü "ləğv edib".  

Emin

Xəbər xətti