ABŞ Rusiyanın daha bir hücum təhlükəsi səbəbindən Ukraynaya yeni silahlar verə bilər
Ucnoqta.az xəbər verir ki, bu barədə Politico yazır. Nəşrin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, onlar Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri göndərməklə yanaşı, həm də idarə olunmayan hava sursatlarını idarə olunan “ağıllı bombalar”a çevirməyə imkan verən birbaşa atıcı sursatlarla təmin etmək imkanını nəzərdən keçirirlər.