Binəqədidə neft qurğularının avadanlıqlarını oğurlayan şəxs tutuldu - VİDEO

17:18 - 16 Dekabr 2022 - HADİSƏ

Binəqədi rayonunda evlərdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Binəqədi qəsəbəsində 2 evdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elşən Əşrəfov tutularaq istintaqa təqdim olunub.

Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar istintaqa təqdim olunub. Elşən Əşrəfovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 43-cü Polis Bölməsinə və ya ərazi polis orqanlarına məlumat verə bilərlər.

 

Xəbər xətti