​İstanbulda ticarət mərkəzində yanğın olub

15:34 - 16 Dekabr 2022 - HADİSƏ

​İstanbulun Levent şəhərində ticarət mərkəzində yanğın baş verib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ticarət mərkəzinin damında qeydə  alınıb.
 Yanğınsöndürənlər damda başlayan yanğına müdaxilə etməyə davam edir. Şişli rayon valisi Əhməd Qazi Kaya yanğınla bağlı son vəziyyəti açıqlayaraq, ticarət mərkəzindəki bütün vətəndaşların təxliyə edildiyini bildirib.

Digər tərəfdən yanğının təxminən 1 saatlıq işdən sonra nəzarət altına alındığı bildirildi.

Xəbər xətti