Deportasiyaya məruz qalmış qərbi azərbaycanlılar siyahıya alınır

14:26 - 16 Dekabr 2022 - Cəmiyyət

“Dünyada hələ də davam edən problemlərdən biri də xalqların üzləşdiyi deportasiya məsələsidir. Təəssüf ki, Azərbaycan xalqı da ötən əsrdə dörd dəfə deportasiyaya məruz qalıb. Ardıcıl olaraq, 1905, 1918-20, 1948-53, 1988-1992 illərdə azərbaycanlılar məcburi şəkildə öz yurdlarından köçürülüb”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar söyləyib.

O qeyd edib ki, təkcə 1988-1992-ci illərin deportasiyasında məcburi köçürülən azərbaycanlıların sayı 250 mini ötüb:

“Bütövlükdə isə 750 mindən çox azərbaycanlı Ermənistan tərəfindən deportasiyaya məruz qalıb. Hazırda Qərbi Azərbaycan İcmasında bununla bağlı siyahıyaalma işləri həyata keçirilir. Bu rəqəmin böyük həcmdə artacağı güman olunur”.

Xəbər xətti