"Bir dəfə saç qaynağı etdim. Bundan sonra saçlarım tökülməyə başladı. Fikirləşdim ki, nəyimə lazımdır, bu gün gür saçla gəzim, sabah keçəl qalım. Ona görə süni şeylər etmirəm".
Ucnoqta.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu "Xəbər-Ətər" verilişində deyib.
Sənətçi xanımların gözəllik üçün "bəh-bəh"lə istifadə etdiyi saç, qaş, kiprik, dırnaq qaynaqlarına qarşı çıxdığını açıqlayıb.
"Kiprik qaynağı etmirəm. Makiyaj edəndə taxma kiprik qoyurlar sonrada onu çıxardırlar. Eləcə də dırnaq qaynağı və qaşıma tatuaj da etmirəm. Bu kimi şeylərdən uzağam", - deyə Nura Suri bildirib.